30 C
Baku
Thursday, June 20, 2024

AMB-nin faiz açıqlamçası: 2 qərar verilib, 6-sı isə bundan sonra veriləcək

Ötən ilin əvvəlindən bəri Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətini tədricən yumşaltmaqdadır. Uçot dərəcəsi mərhələlərlə 15%-dən 9%-ə endirilib. İnflyasiyanın səviyyəsi uçot dərəcəsi ilə müqayisədə daha yüksək templə azaldığına görə, real faiz dərəcələri hələ ki, pozitiv zonada qorunur. Bunu “Fitch Ratings” agentliyinin Bakıda keçirdiyi tədbirdə çıxışı edən Azərbaycan Mərkəzi Bankının (AMB) Monetar siyasət üzrə departamentinin rəhbəri Azər Ələsgərov bidlirib.

Onun sözlərinə görə, real faiz dərəcələrinin pozitiv zonada olması inflyasiya risklərini neytrallaşmağa xidmət edir. İlin qalan dövründə ümumiyyətlə gləcəkdə də uçot dərəcəsinə dair qərarlar proqnozlaşdırılan inflyasiya ilə hədəflənən inflyasiya arasındakı fərqdən ölkədəki makroiqtisadi vəziyyətdən və yenilənmiş proqnozlardan asılı olaraq veriləcək: “Hər bir qərara barədə indiyə qədər olduğu kimi bundan sonar da Mərkəzi Bank ictimaiətə açıqlamalar verəcək. Yeri gəlmişkən, onu deyim ki, Mərkəzi Bank tərəfindən komunikasiyanın gücləndirilməsi pozitiv göstəricilərin formalaşmasına müsbət təsir göstərir. Bunu beynəlxalq təşkilatlar da qeyd edirlər. Bilirsiz ki, pul siyasətinə dair qəraraların verilməsi qrafiki öncədən Mərkəzi Bankın son bəyanatında yayımlanıb. Bu il ərzində pul siyasətinə dair 8 qərarın verilməsi nəzərdə tutulur. Bu qərarların ikisi artıq verilib. İlin qalan dövründə daha 6 qərar barədə müvafiq şərtlər ictimaiətə çatdırılacaq”.

A.Ələsgərov onu da bildirib ki, pul kütləsi iqtisadi artıma adekvat templərlə artır və pul kütləsini optimal səviyyədə tənzimləmək üçün Mərkəzi Bank özünün pul siyasəti alətlərindən adekvat şəkildə istifadə edir: “Bilirsiz ki, hazırda Mərkəzi Bankın ən aktiv pul siyasəti alətləri qısamüddətli notların yerləşdirilməsi və manatda depozitlərin cəlbi üzrə müntəzəm hərracların keçirilməsidir. Ümumilikdə, əlverişli makroiqtisadi mühitdə iqtisadi aktivliyin yüksəlməsi müşahidə edilir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər