Azərbaycan Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə ke,irilən hərracda notlara tələb təklifdən üstün olub.
10 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında AMB-nin dövlət qeydiyyat nömrəli 50100267S olan, 150 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 98.8472 AZN (14.99%) və 99.0755 AZN (12.00%) olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 150 686 200,00 AZN olmuşdur. Bu da təklifdəki həcmi üstələməsi deməkdir.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8472 AZN (14.99%), orta ölçülmüş qiyməti 98.8803 AZN (14.52%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150 000000 AZN təşkil etmişdir.
Qeyd edək ki, notların ödəmə tarixi 07.02.2018-ci ildir.