2 C
Baku
Sunday, December 15, 2024

AMB-nin hərracında növbəti rekord

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

Hərracda 200 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 3,3 dəfə çox – 665,2 mln. manat olub.

AMB-nin açıqlamasına görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər