Mərkəzi Bank tərəfindən 10 aprel 2017-ci il tarixində vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib. Açıqlamaya görə hərracda tələb təklifi 77% üstələyib.
Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 353,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,58% təşkil etmişdir.
Xatırladaq ki, AMB bu gün hərracda 200 mln. manat həcmində vəsait cəlb etməyi planlamışdı.