15 C
Baku
Friday, March 29, 2024

AMB-nin İdarə Heyəti sabahkı iclasda uçot dərəcəsini müzakirə ediləcək

Avqustun 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) növbəti iclası keçiriləcək.

İclasda uçot dərəcəsinin səviyyəsi müzakirə ediləcək.

Bank mütəxəssislər bu göstəricinin indiki 15%-dən 12%-ə endiriləcəyini proqnozlaşdırırlar. Bu baş versə, ardınca Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarı ilə Azərbaycan manatı ilə qəbul edilən əmanətlərin sığortalanması faizi (hazırda 15%-dir) də azaldıla bilər.

Xatırladaq ki, iyunun 22-də keçirilmiş iclasda qurumun İH-i uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz (18%) saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər