18 C
Baku
Monday, November 10, 2025

AMB-nin not hərracının nəticələri açıqlanıb

12 aprel 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100656S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 25 mln. manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan Banker.az-a  daxil olan xəbərə görə, hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim olunmub. Sifarişlərin nominal üzrə ümumi məbləği 60,112,700.00 AZN təşkil edib.

Sifarişlər 98.8848 AZN (14.4999%) və 98.9312 AZN (13.8901%) qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.9312 AZN (13.8901%), orta ölçülmüş qiyməti – 98.9312 AZN (13.8901%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 12.04.2017 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi 25 000 000 AZN manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 10.05.2017-ci ildir.

Son xəbərlər
Digər xəbərlər