27 C
Baku
Monday, June 27, 2022

AMB-nin notları üzrə hərracda bankların tələbi yüksək qalmaqdadır

22 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50400589S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 95.3290 (7%) və  96.1307 (5.75%) olan 9 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 222 116 700 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95.8148 (6.24%), orta ölçülmüş qiyməti isə 95.8234 (6.23%)  müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 000 000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 01 oktyabr 2021-ci ildir.

Son xəbərlər
Oxşar xəbərlər