22 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50400589S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 95.3290 (7%) və 96.1307 (5.75%) olan 9 sifariş təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 222 116 700 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95.8148 (6.24%), orta ölçülmüş qiyməti isə 95.8234 (6.23%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 000 000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 01 oktyabr 2021-ci ildir.