30 C
Baku
Tuesday, June 28, 2022

AMB-nin notlarına iki investor maraq göstərib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının ümumi həcmi 75 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 29 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən verilən məlumata görə, hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,237 mln. manat təşkil edib.

Sifarişlər 98,84 manat (14,569%) və 98,88 manat (14,0609%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98,84 manat (14.5690%), orta ölçülmüş qiyməti – 98,865 manat (14.2514%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 3,237 mln. manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 05 yanvar 2017-ci ildir.

APA

Son xəbərlər
Oxşar xəbərlər