26 C
Baku
Saturday, July 27, 2024

AMB-nin notlarına tələb yüksək olaraq qalmaqdadır

16 İyun 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50102390S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az bu barədə BFB-dən istinadən bildirir.

Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 99.5167 (6.24%) və  99.5543  (5.76%) olan 26 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 812,371,400 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543  (5.76%)  müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000.00 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 14.07.2021-ci ildir.

Son xəbərlər
Digər xəbərlər