10 C
Baku
Thursday, December 12, 2024

AMB-nin qısamüddətli notlarına banklar tərəfindən tələb yüksək olaraq qalır

30 dekabr 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101286S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 99.5167 (6.24%) və  99.5543 (5.76%) olan 26 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 847 336 000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti is 99.5543  (5.76%) müəyyən edilmişdir. 

Notların ödəmə tarixi 27.01.2021-ci ildir.

Son xəbərlər
Digər xəbərlər