2023-cü ilin IV rübündә banklar tәrәfindәn verilәn biznes kreditlәri üzrә standartlarda yumşalmanın sәngimәsi müşahidә olunub.
Banker.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən 2023-cü ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrində qeyd edilir.
Sorğuda qeyd edilir ki, yumşalmada azalma әsasәn mikro sahibkarlıq subyektlәri üzrә kreditlәrdә müşahidә edilib. İri sahibkarlıq subyektlәrinә verilәn kreditlәrin standartlarında isә dәyişiklik müşahidә edilməyib.
Sorğuya әsasәn banklar növbәti rübdә ümumi biznes kreditlәr üzrә standartlarda yumşalmanın daha da azalacağını, iri sahibkarlıq subyektlәrinә kreditlәr üzrә standartların isә daha da sәrtlәşәcәyini proqnoz edirlәr.
Sorğu nәticәlәrinә әsasәn bank sektorunda biznes kreditlәrinә tәlәb artıb. MKOS subyektlәri üzrә tәlәb artımı iri sahibkarlıq subyektlәri ilә müqayisәdә yüksәk olmuşdur. Banklar 2024-cü ilin I rübündә tәlәbdә artım tempinin azalacağını gözlәyirlәr. İri sahibkarlıq subyektlәrinә verilәn biznes kreditlәri üzrә isә tәlәbin dәyişmәyәcәyi , KOS subyektlәri üzrә kredit tәlәbinin daha aşağı tempdә artacağı gözlәnilir.
2023-cü ilin son rübündә biznes kreditlәri üzrә standartlara sәrtlәşdirici tәsir edәn amillәr maliyyәlәşmә dәyәri vә bankın iri kreditorlarının maliyyә vәziyyәtinә dair risklәr olmuşdur. Biznes kreditlәri üzrә standartlara yumşaldıcı tәsir edәn faktorlar isә bankın mövcud vә gözlәnilәn likvidlik mövqeyi, digәr banklarla rәqabәt, ümumi iqtisadi gözlәntilәr vә inflyasiya gözlәntilәri olmuşdur. Son rüb әrzindә standartlara tәsir edәn әn sәrtlәşdirici faktor maliyyәlәşmә dәyәri, әn yumşaldıcı faktor isә iqtisadi gözlәntilәr olmuşdur.
Biznes kreditlәrindә olduğu kimi ipoteka kreditlәrindә dә maliyyәlәşmә dәyәri kredit standartlarına sәrtlәşdirici tәsir göstәrәn faktor olmuşdur. Son rüb әrzindә ipoteka kreditlәri üzrә standartlara yumşaldıcı tәsir edәn faktor әhalinin ödәmә qabiliyyәtinә dair gözlәntilәr vә ümumi iqtisadi gözlәntilәr olmuşdur. Ümumilikdә, son rübdә kredit standartlarına tәsir göstәrәn faktorların tәsirinin azalması müşahidә edilmişdir.
Kredit fәaliyyәtinә dair sorğunun IV rüb üzrә nәticәlәrinә әsasәn hәm daxili hәm dә İKZF hesabına verilmiş ipoteka kreditlәri üzrә standartlarda cüzi sәrtlәşmә olmuşdur. Banklar növbәti rüb әrzindә hәm daxili ipoteka, hәm dә İKZF hesabına verilәcәk ipoteka kreditlәri üzrә kredit standartlarında yumşalmaların olacağını proqnoz edirlәr.
Sorğunun nәticәlәrinә әsasәn 2023-cü ilin son rübündә cәmi istehlak kreditlәri üzrә kredit standartlarında yumşalma olmuşdur. Yumşalma әmәkhaqqı kreditlәri üzrә standartlarda müşahidә edilmişdir. Kredit kartları vә mәişәt avadanlıqlarının alınması üzrә kredit standartlarında isә dәyişiklik müşahidә edilmәmişdir. Banklar 2024-cü ilin ilk rübündә cәmi istehlak kreditlәri üzrә standartlarda yumşalmanın davam edәcәyini proqnoz edirlәr.