3 C
Baku
Saturday, December 14, 2024

“AMB-nin ssenariyə necə hazır olmasını yaxın günlərdə biləcəyik”

“Azərbaycan Mərkəzi Bankı FED-in qərarından sonra bütün ssenarilərə hazır olmalıdır. Təbii ki, Mərkəzi Bankın bu ssenariyə necə hazırlaşdığını yaxın günlərdə müşahidə edə biləcəyik.

Xüsusən də, bu gün valyuta hərracının keçirildiyini nəzərə aldıqda, ilkin reaksiyaları müşahidə və eləcə də hazırlığı müşahidə etmək mümkün olacaq.

Oxşar yazı: “Qara bazar”da valyuta mübadiləsi ilə məşğul olan daha bir nəfər tutulub

Bütövlükdə, əgər Mərkəzi Bank daha çevik alətlərdən istifadə edib, valyuta bazarındakı psixoloji təzyiqləri aradan qaldırmazsa, manatın ucuzlaşması prosesi daha sürətlənə bilər”.

Buunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov deyib.
“Qlobal neft bazarı da FED-in qərarına reaksiya verdiyi üçün bu dövlət gəlirlərimizə də təsirsiz ötüşmür. Möhkəm dollar strateji məhsulların qiymətindəki artım faizinə mənfi təsir göstərir və artıq sözügedən bazardakı qiymət azalmaları da bundan xəbər verir.

Dolların bahalaşması fonunda ABŞ neft ehtiyatlarını və eləcə də bazara çıxartdığı neftin həcmini artırarsa, o zaman “qara qızıl”ın qiymətində daha kəskin azalmalar istisna edilmir.

Bu isə OPEK-in son cəhdləri fonunda da neft ölkələrinin bazarda uyğun qiymət tarazlığı tapmasına imkan verməyəcək. Bütövlükdə, FED-in son qərarından sonra neftin qiymətlərinin necə dəyişməsi birbaşa Amerikanın mövqeyindən asılı olacaq. Söhbət isə sadəcə ABŞ-dan deyil, eyni zamanda Kanadanın hasilatından gedir.vuqar

FED gələn il də uçot faiz dərəcəsini artıracağını bildirib. Deməli, son qərar və bəyanatlar fonunda Azərbaycan Mərkəzi Bankının liberal məzənnə siyasətinə keçidi sürətləndirəcəyi gözlənilir.

Artıq Mərkəzi Bankın manevr imkanları məhdudlaşmaqdadır və bu baxımdan baş bank, sözün həqiqi mənasında, meydanı valyuta bazarına təhvil verəcəyi gözləniləndir.

Beləcə, FED-in uçot faizini artırması Azərbaycanda da dollara tələbi daha da artırmaqla manata təzyiqi gücləndirəcək. Deməli, ilin son ayı da Mərkəzi Bank üçün heç də asan olmayacaq”, – deyə ekspert bildirib.

Qeyd edək ki, son 10 ildə ikinci artımları şərtləndirən FED qərarı elan edildikdən sonra qlobal valyuta və əmtəə bazarları bu addıma dərhal reaksiya verdi. Dollara nisbətən dəyərsizləşən Avropa pulu dünya bazarında 1 avro 1,048-dək ucuzlaşıb.

Oxşar yazı: Dolların məzənnəsi dünya valyutalarına nisbətdə 2003-cü ilin rekordun təzələyib

İngilis pul vahidinin də dollara nisbətən dəyər itirməsi müşahidə edilməkdədir. Neft daxil olmaqla strateji əmtəə bazarı da qərara reaksiya verməkdədir. Artıq WTI markalı neftin 1 barelinin qiyməti 51 dollardan aşağı təklif edilir.

Son xəbərlər
Digər xəbərlər