“2017-ci ildə tədiyyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb”.
Məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.
Bəyanatda qeyd olunub ki, strateji ehtiyatlar noyabrın sonuna ilin əvvəlinə nəzərən 13,3% (5 mlrd. ABŞ dolları) artıb və 42,6 mlrd. ABŞ dolları təşkil edib. Sənəddə bildirilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları isə 32% artaraq 11 ayın sonuna 5,2 mlrd. ABŞ dollarına çatıb.
“Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının başlıca mənbələri xarici valyutada dövlət zəmanəti və valyuta girovu ilə verilmiş kreditlərin qaytarılması olub”, – deyə bəyanatda vurğulanıb.