9 C
Baku
Thursday, December 12, 2024

AMB-nin xəbərdarlığından sonra “Yapı Kredi”nin səhmləri 6% ucuzlaşıb

Avropa Mərkəzi Bankı (AMB) kapitala dair tələbi yerinə yetirə bilməyən İtaliyanın “Unicredit” bankına xəbərdarlıq etdikdən sonra maliyyə təşkilatının səhmlərinin kəskin ucuzlaşması müşahidə olunur.

“Bloomberg” agentliyinə istinadən xəbərə görə, 2016-cı ilin yekunlarına əsasən bankın kapitalının adekvatlıq əmsalı 8%-dir ki, bu da minimum tələbdən, yəni 10%-dən aşağıdır.

Bu məlumat açıqlandıqdan sonra bankın səhmləri 6% ucuzlaşıb.

AMB isə banka xəbərdarlıq edib və “Unicredit”dən problemli kreditlərlə necə mübarizə aparılacağı ilə bağlı bir plan gözləyir.

Qeyd edək ki, “Unicredit” aktivlərinin həcminə görə İtaliyanın ən iri bankıdır. Ötən ilin yazında bank 13 mlrd. avroluq kapitallaşma həyata keçirməyi planlaşdırırdı.

“UniCredit” 2001-ci ildə Türkiyənin bank sektoruna daxil olub. İtaliya nəhəngi “Koç Holdinq”in törəməsi olan “Koç Finansal Hizmetler” şirkətinin səhmlərinin 50%-ni alıb. Hazırda “Yapı Kredi” bankının əsas səhmdarı olan “Koç Finansal Hizmetler” şirkətinin bankın səhmlərinin 81,8%-nə nəzarət edir.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən “Yapı Kredi Bank Azərbaycan” QSC “Yapı Kredi” bankın törəməsidir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər