Azərbaycan Mərkəzi Bankı tərəfindən ötən ay lisenziya alan “AzFinans BOKT” MMC-nin direktoru (təkbaşına rəhbəri) dəyişib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Təsis edildiyi gündən ona rəhbərlik edən İlqar Əliyev Şükür oğlu vəzifəsindən ayrılıb.
Onun yerinə, Aqil Quliyev Azad oğlu təyin edilib.
Qeyd edək ki, “AzFinans” BOKT 2021-ci ilin iyulunda 300 min manat nizamnamə kapitalı ilə təsis edilib.
Azərbaycan Mərkəzi Bankı 14 sentyabrda BOKT-a lisenziya verib. BOKT-un Müşahidə Şurasının üzvləri Əliyeva Leyla Aslan qızı, Hüseynzadə Araz İmaməli oğlu və Budaqov İlham Aslan oğludur.