Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.
Banker.az AMB-yə istinadən xəbər verir ki, 3 mart 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 218 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib.
Bu da, tələbin təklifi 9% üstələməsi deməkdir. Bu hərraca AMB 200 mln. manat cəlb etməyi planlamışdı.