12 C
Baku
Tuesday, May 7, 2024

AMB notlar üzrə 5 mln manat reallaşdırdı

29 may 2014-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50102142S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 30 000 000 manat, hərraca çıxarılan həcmi – 5 000 000, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracda 2 birja üzvü iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği 10 001 200 manat təşkil etmişdir.

Sifarişlər 99.9172% (gəlirlik 1.10%) və 99.9260% (gəlirlik 0.99%) qiymət intervalında təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.9260% (gəlirlik 0.99%), orta ölçülmüş qiyməti – 99.9260% (gəlirlik 0.99%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Notların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 25 iyun 2014-cü ildir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər