22 C
Baku
Friday, April 26, 2024

AMB notlarına 604 mln. manatlıq sifariş oldu

27 iyun 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100370S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 603 527 500,00 AZN olub. Bu da təklifin tələbi 2,4 dəfə üstələməsi deməkdir.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 25.07.2018

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər