Azərbaycanda faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında bildirilib.
Qeyd edilib ki, iyunda aparılan sorğulara görə ev təsərrüfatlarının 81.9%-i qiymətlərin artacağını gözləyir.
Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə iyunda inflyasiya gözləntiləri əvvəlki ayla müqayisədə tikinti, ticarət və xidmət sektorlarında yüksəlmiş, qeyri-neft sənayesində azalıb.
Lakin bu da əlavə edilir ki, mövsümi amillərin iyul və avqustda inflyasiyaya azaldıcı təsir göstərəcəyi gözlənilir. İlin sonuna baza amilinə görə illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Növbəti ildə isə xarici amillərin əlverişli dəyişimi halında inflyasiyanın tədricən birrəqəmli səviyyəyə enəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, illik inflyasiya 2022-ci ilin iyununda 14.2% (2022-ci ilin iyun ayı 2021-ci ilin iyun ayına nəzərən) təşkil etmişdir. Orta illik inflyasiya isə 12.9% olmuşdur. Baza inflyasiya iyun ayında illik 10.7% təşkil etmiş, orta illik 9.7% olmuşdur.