14 C
Baku
Tuesday, November 19, 2024

AMB Pakistan kapitallı BOKT-un lisenziyasının gecikməsinə aydınlıq gətirib

2019-cu ilin yazı daxil olmamış, səhmləri Pakistan bankına məxsus olan “MCB Lizinq” QSC bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyini açıqladı.

Həmin zamandan etibarən isə şirkət “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC kimi tanınmağa başlandı. Həmçinin qeyd edilmişdi ki, BOKT bununla bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edərək müvafiq bazar üzrə lisenziya alacaq.

Lakin, həmin müddətdə və hətta sonra yaranan BOKT-lar çoxu lisenziya əldə etsə də, üstündən iki il zamanda BOKT lisenziya əldə edə bilməyib.

Banker.az olaraq bununla bağlı həm “MCB Bank Olmayan Kredit Təşkilatı”na, həm də Azərbaycanda maliyyə sektorunda 2019-cu ilin noyabrından lisenziya vermə səlahiyyətində olan Mərkəzi Banka gecikmə ilə bağlı sorğu verdik.

Üstündən bir neçə gün ötməsinə baxmayaraq BOKT hələki açıqlama verməsə də, AMB-dən buna aydınlıq gətirdilər.

AMB-dən deyillər ki, “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC tərəfindən kreditlərin verilməsinə lisenziyanın alınması üçün Mərkəzi Banka müraciət edilib.

“Hal-hazırda BOKT tərəfindən əlavə sənədlərin təqdim edilməsi gözlənilir”- deyə, bildirilir.

Qeyd edək ki, “MCB Bank Limited”  — Pakistanda fond birjasında qeydiyyata alınmış açıq səhmdar cəmiyyəti, “MCB Lizinq” QSC-nin buraxılmış nizamnamə kapitalının 99.94%-nə sahibdir və Şirkətin əsas təsisçisidir.

Son xəbərlər
Digər xəbərlər