Azərbaycandakı kredit təşkilatlarının manatla vaxtı keçmiş kreditləri azalsa da, xarici valyutada problemli borcları artmaqdadır.
Bu barədə Azərbaycan Mərkəzi Bankından xəbər verilib.
Məlumata görə, bu il, avqustun 1-nə, fiziki və hüquqi şəxslərə verilmiş kreditlərin 9%-nin və yaxud 1 504,4 mln. manatının vaxtı keçib ki, bunun da 711,7 mln. manatı və yaxud 47%-i manatla, 792,7 mln. manatı və yaxud 53%-i xarici valyutada olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə manatla vaxtı keçmiş kreditlərin məbləği 20% azalıb, xarici valyutada olan problemli kreditlərin məbləği isə 2 dəfə artıb.
Bu ilin iyul ayında manatla vaxtı keçmiş kreditlərin məbləğində 8,64% azalma, xarici valyuta ilə problemli kreditlərin həcmində isə 4,2% artım qeydə alınıb.
Report