7 C
Baku
Thursday, December 12, 2024

AMB: Rəqəmsal valyuta ilə bağlı Türkiyə ilə sıx əməkdaşlıq edirik

Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal valyuta ilə bağlı Türkiyə Mərkəzi Bankı ilə sıx əməkdaşlıq edir.

Bunu AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, bank eyni zamanda MDB ölkələrindən Rusiya və Qazaxıstanın təcrübələrini öyrənir və hər birinin təcrübələri bankın gündəliyindədir.

AMB rəsmisi onu da bildirib ki, bir çox mərkəzi bankların təcrübələri öyrənilir, lakin ən sıx əməkdaşlıq hazırda Türkiyə ilə həyata keçirilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər