21 C
Baku
Thursday, August 11, 2022

Mənbə: AMB sədri Elman Rüstəmov da istefa verib

Azərbaycanda 24 ildir ki, Mərkəzi Bankın sədri olan Elman Rüstəmov vəzifəsindən istefa verib.

Banker.az xəbər ki, bu barədə mənbə olan “BakuPost” yazır.

Elman Rüstəmovun artıq kollektivlə vidalaşıb.

Yaxın günlərdə Elman Rüstəmovun vəzifədən azad edilməsi və onun yerinə təyinat edilməsi ilə bağlı Milli Məcilisin toplanacağı gözlənilir.

Qeyd edək ki, Elman Rüstəmovun Baş nazirin müavini vəzifəsinə təyin olunacağı ehtimal edilir.

Elman Rüstəmov haqqında

Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur.

1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır.

1974-cü ildən 1975-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.

1975-ci ildən 1978-ci ilədək aspiranturada oxumuşdur.

1978-ci ildən 1980-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud istehsalat birliyində iqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləmişdir.

1980-cı ildən 1990-cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışmışdır.

1986-cı ildən iqtisad elmləri namizədidir.

1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil almışdır.

1991-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləmişdir.

1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

1993-cü ildə iqtisad elmləri dokturu alimlik dərəcəsi almışdır. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir.

1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.

2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.

2007-ci ildə Azərbaycan Şahmat Federasiyasının Sədri vəzifəsinə təyin edilmişdir.

2010-cu ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilmişdir. Dünya Bankının Azərbaycan üzrə sədridir.

2015-ci ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilmişdir.

Ailəlidir. 3 övladı var.

Son xəbərlər
Oxşar xəbərlər