15 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

AMB: şəhid hərbi qulluqçuların vərəsələrinə və xəsarət alanlara 22.3 mln manat sığorta ödənilib

faizlere

Vətən müharibəsi başlayan andan şəhid olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbi qulluqçulara 2020-ci ilin sonunadək 6 110 şəxsə 22.3 mln. manat sığorta ödənişi verilmişdir.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinad edir.

Onlardan 1 347 nəfər əhidin vərəsələri, 4 763 nəfər xəsarət alanlardır.

Qanuna müvafiq olaraq şəhid olmuş hərbçilərin vərəsələrinə 11 000 manat, I qrup əlillərə 8 800 manat, II qrup əlillərə 6 600 manat, III qrup əlillərə 4 400 manat, ağır və yüngül xəsarət alanlara müvafiq olaraq 2 750 manat və 550 manat məbləğində sığorta ödənişi verilir.

Müvafiq sığorta ödənişlərinin operativliyinin təmin olunması məqsədilə Mərkəzi Bankda işçi qrup yaradılıb. İşçi qrup hərbi qulluqçulara və onların vərəsələrinə Qanunla müəyyən edilmiş təsdiqedici sənədlərin sürətli qaydada təqdim olunması üçün müvafiq dövlət qurumları – Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər