Bu gün Azərbaycan Mərkəzi Bankında Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Banker.az xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov bildirir.
“Görüş zamanı Azərbaycan Mərkəzi Bankı və BVF arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi apardıq.
Görüşdə həmçinin BVF-nin Maddələr Sazişinin 4-cü maddəsi üzrə məsləhətləşmələrə hazırlıq çərçivəsində görüləcək işlər və Azərbaycanın gələcək inkişafı üçün BVF-nin dəstək proqramları ətafında müzakirələr apardıq”- deyə, baş bankir bildirib.