23 C
Baku
Wednesday, April 23, 2025

AMB sədri: Onlar inanır ki, biz uzunmüddətli sabit məzənnə rejimi həyata keçirəcəyik

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün mətbuat konfransında ona ünvanlanan sualda “Niyə banklar yüksək faiz gəliri təklif edən istiqrazlar buraxır?” sualına cavab olaraq bunun “əsasən subordinasiya” olduğunu bildirib.

Banker.az xəbər verir ki, Kazımov fikrini bununla izah edib ki, banklar bu qiymətli kağızları kapital mövqeyini gücləndirmək üçün istifadə edirlər.

“Yəqin bilirsiniz ki, subordinasiya istiqrazları adi istiqrazlardan fərqlənir. Çünki subordinasiya istiqrazları kapitalın hesablanmasında nəzərdə tutulub. Həmçinin bu şəraitdə səhmdarlardan öncə ödənişləri qəbul edilir. Qanunvericiliyə əsasən, subordinasiya istiqrazları uzunmüddətli olur: 5 il, 7 il və s.”

Mərkəzi Bankın sədri deyib ki, birincisi, banklar subordinasiya istiqrazları ilə kapital mövqeyini gücləndirir.

“İkincisi, valyutada buraxırlar, çünki Mərkəzi Banka, onun sabit məzənnə rejiminə (1 dollar = 1.7 manat) güvənirlər. İnanırlar ki, AMB uzunmüddətli sabit məzənnə rejimi həyata keçirəcək. Soruşsanız ki, niyə yüksək faizlərlə dollar istiqrazları buraxılır, görəcəksiniz ki, son üç ildə ABŞ FED-i uçot faiz dərəcəsini artırıb. Ona görə də fərq olmalıdır. FED iki ilə 4 faiz ödəyirsə, bizim banklarımız da 5-7 ilə 7-8 faiz ödəməlidirlər.”

T. Kazımov həmçinin depozitlərin sayında böyük yüksəliş olduğunu da əlavə edərək, milli valyutaya olan inamın artdığını da qeyd edib.

Son xəbərlər
Digər xəbərlər