12 C
Baku
Sunday, October 27, 2024

AMB sahibkarların bank hesablarındakı sığortalanacaq məbləği açıqladı

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanması nəzərdə tutulut.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından daxil olan məlumatda deyilir.

“Bu kateqoriyadan olan sahibkarlar maliyyə risklərinə daha həssas olduğundan vəsaitlərinin itirilməsi onların fəaliyyətinin dayanması ilə nəticələnə bilər. Bu baxımdan, fərdi sahibkarların əmanətlərin sığortalanması sisteminə daxil edilməsi hökumətin kiçik sahibkarlığın inkişafı siyasətini dəstəkləyəcək və bank sisteminə etimadın artırılmasına xidmət edəcək”- deyə bildirilir.

 

Son xəbərlər
Digər xəbərlər