22 C
Baku
Tuesday, October 28, 2025

AMB: Sığorta sektorunda riskəsaslı kapital modeli tətbiq olunacaq

“Sığorta sektorunda riskəsaslı kapital modelinin tətbiqi və rəqəmsallaşmanın dəstəklənməsi yaxın dövr üçün əsas prioritet istiqamətlərdəndir”.

Bunu Türk Dövlətləri InsurTech Zirvəsində çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta Fəaliyyətinin Tənzimlənməsi Departamentinin direktoru Pənah Bənnayev bildirib.

Onun sözlərinə görə, yeni tənzimləmə yanaşması sığorta şirkətlərinin maliyyə dayanıqlığının gücləndirilməsinə, risklərin ölçülməsi və idarə edilməsində beynəlxalq standartlara uyğunlaşmaya xidmət edəcək.

Vurğulanıb ki, qurum eyni zamanda könüllü və icbari sığorta növlərinin təkmilləşdirilməsi, satış kanallarının inkişafı, eləcə də aqrar sığorta sisteminin institusional gücləndirilməsi üzərində işləyir.

Pənah Bənnayev əlavə edib ki, həyata keçirilən bu islahatlar Türk dövlətləri arasında riskəsaslı nəzarət və kapital tənzimləməsi sahəsində əməkdaşlığın dərinləşməsinə, həmçinin regional sığorta bazarlarının dayanıqlığının artmasına şərait yaradacaq.

Son xəbərlər
Digər xəbərlər