18 C
Baku
Sunday, September 14, 2025

AMB: Sığorta sektorunun məcmu kapitalı risk kapitalını 2 dəfə üstələyib

Bu ilin I yarısında Azərbaycanın sığorta sektorunun məcmu kapitalı risk kapitalını təxminən 2 dəfə üstələyib.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında bildirib.

Onun sözlərinə görə, sığorta sektorunda həyata keçirilən islahatlar inkişaf və dayanıqlıq göstəricilərinə də müsbət təsir edib:

“Belə ki, hesabat dövründə sektorun aktivləri son bir ildə 12 % artaraq 2,1 milyard manatı ötüb. Gəlirlilik göstəricilərində də artımlar qeydə alınıb. Bu ilin I yarısında sektorun ümumi mənfəəti 80 milyon manatı keçib, aktivlərin gəlirliliyi (ROA) 7 %, kapitalın gəlirliliyi (ROE) isə 25 % təşkil edib”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər