12 C
Baku
Wednesday, December 11, 2024

AMB: sığortaçıların mənfəətliliyi əsasən həyat sığorta şirkətləri hesabınadır

Sığorta sektorunun mənfəətliliyi əsasən həyat sığorta şirkətləri hesabına formalaşır. İl ərzində həyat sektoru mənfəətliyini qorunub.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi üzrə 2021-ci il üzrə hesabatına istinad edir.

Belə ki, sektorun xalis mənfəəti cüzi (4% və ya 1.3 mln. manat) artaraq 30 mln. manat təşkil etmişdir.

Mənfəətlilik əsasən il ərzində əməliyyat gəlirlərinin 78 mln. manat artımı, əməliyyat xərclərinin isə 43 mln. manat azalması hesabına təmin edilib. Mənfəətliyə mənfi təsir edən amil isə 46 mln. manat məbləğində ehtiyatların dəyişməsi olmuşdur. Qeyri-həyat sektorunun mənfəətliyi isə 42% (21.7 mln. manat) azalaraq 30 mln. manat təşkil etmişdir. Bu azalmanın əsas drayveri kimi xalis sığorta ehtiyatında dəyişmələrin ötən illə müqayisədə 9.8 dəfə və ya 39.8 mln manat artması çıxış etmişdir. Eyni zamanda, əsas əməliyyat mənfəətinin 32.0 mln. manat, digər gəlirlərin 4.0 mln manat artması, sair xərclərin isə 1.4 mln. manat azalması xalis mənfəətin azalma tempini zəiflətmişdir Sığorta sektoru üzrə ROE əmsalı keçən ilə nisbətdə 3.0 f.b. azalaraq 12.8%, ROA, yaxud kapital gəlirliyi əmsalı isə 1.2 f.b. azalaraq 4.7% olmuşdu

Son xəbərlər
Digər xəbərlər