17 C
Baku
Sunday, May 5, 2024

AMB şirkətlər və banklardan daha 60 mln. manat vəsait cəlb edib

27 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) hər biri 30 milyon manat həcmində 168 gün tədavül müddətli (AZ2075024706 dövlət qeydiyyat nömrəli) və 252 günlük (AZ2076024705 dövlət qeydiyyat nömrəli ) notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

168 gün tədavül müddətli notlar. Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9,597.4000 (8.99%) manat və 9,657.4813 (7.6%) manat olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 35,410,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,624.0835 (8.37%) manat, orta ölçülmüş qiyməti isə 9,637.2669 (8.07%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 12.10.2023-cü ildir.

252 gün tədavül müddətli notlar. Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9395.6000 (9.19%) manat və 9447.7774 (8.35%) manat olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,650,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9408.5770 (8.98%) manat, orta ölçülmüş qiyməti isə 9421.8885 (8.77%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 04.01.2024-cü ildir.


Hərracda banklarla yanaşı aşağıdakı meyarlara cavab verən hüquqi şəxslər iştirak edə bilər:

a. Təşkilati-hüquqi forması: kommersiya hüquqi şəxsləri (ASC, QSC, MMC, kooperativlər və s.);

b. Mülkiyyət mənsubiyyəti: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın (Meyarlar) 2.2-ci bəndinə uyğun olaraq qeyri-dövlət sektoruna aid olan hüquqi şəxslər;

c. Əsas iqtisadi fəaliyyət sahəsi: “Maliyyə və sığorta fəaliyyəti” göstərməyən, həmçinin Meyarların 2.1-ci bəndinə uyğun olaraq neft-qaz sektoruna aid edilməyən hüquqi şəxslər

Hərrac zamanı sifarişlərin növünə və həcminə aşağıdakı məhdudiyyətlər tətbiq olunacaqdır:

-Banklar tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər. Verilən sifarişin məbləği hərraca çıxarılmış həcmin 10%-dən çox olmamalıdır.

-Banklar istisna olmaqla, digər iştirakçılar tərəfindən 1 rəqabətli və 1 qeyri-rəqabətli sifariş təqdim edilə bilər. Rəqabətli sifarişin məbləği hərraca çıxarılmış həcmin 8%-dən çox olmamalıdır.

Banklar istisna olmaqla, digər iştirakçı tərəfindən verilən qeyri-rəqabətli sifarişin məbləği onun rəqabətli sifarişinin məbləğinin 20%-dən artıq olmamalıdır. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin ümümi məbləği hərraca çıxarılmış həcmin 20%-i səviyyəsində limit müəyyən olunmuşdur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər