2 C
Baku
Saturday, December 14, 2024

AMB sterilizasiyanı “aqressiv” formada davam edir – 10 günə 240 milyon manat!

Azərbaycan Mərkəzi Bankı anti-inflyaasiya tədbiri olaraq pulun sterlizasiyasını noyabrda aqressiv şəkildə artırmaqdadır və artıq noyabrın yarısı tamam olmamış requlyator  iqtisadiyyatdan 240 milyon manatlıq (8 not hərracı keçirilib) vəsait yığıb.

Bu barədə Banker.az BFB-yə istinadla xəbər verir.

11 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının hər biri 30 milyon manat olan müddət üzrə notları hərracda satılıb. Bu tədavül müddəti 167 gün olan (AZ2031024709 dövlət qeydiyyat nömrəli) və 251 gün notlarının (AZ2032024708 dövlət qeydiyyat nömrəli) yerləşdirilməsi üzrə hərrac keçirilib.

167 gün. Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 97.8219 (4.80%) manat və 97.9998 (4.40%) manat olan 16 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48,932,700 manat olunub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti  97.9898 (4.42%) və orta ölçülmüş qiyməti  97.9973 (4.41%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 27 aprel 2023-cü ildir.

251 gün. Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 96.1133 (5.80%) manat və 96.7950 (4.75%) manat olan 17 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54 165 300 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti   96.7618 (4.80%) manat və orta ölçülmüş qiyməti 96.7778 (4.78%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 20 iyul 2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Mərkəzi bankın notları 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır.

Yəni tədavül müddətinin sonunda emitent tərəfindən investora istiqrazın nominal qiymətlə tam həcmi ödənilir.

Son xəbərlər
Digər xəbərlər