8 C
Baku
Wednesday, March 19, 2025

AMB Şuşadakı poçt filialına bank lisenziyası verib

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Şuşa filialına bank fəaliyyəti üçün lisenziya verib.

Bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da bank lisenziya almış poçt filiallarının sayı 29-a çatıb. Şuşa filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış 2-ci poçt filialıdır. Obyekt Şuşa şəhəri, Zəfər küçəsi, Dövlət Mərkəzində yerləşir. Lisenziya martın 19-də verilib.

Xatırladaq ki, AMB ötən il noyabrın 18-də “Azərpoçt”un Xankəndi filialına da bank fəaliyyəti üçün lisenziya verib. Bu, işğaldan azad edilmiş ərazilərdə poçt filiallarına verilən ilk lisenziya olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər