13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

AMB tərəfindən buraxılan xatirə pul nişanları təqdim edildi – FOTOLAR+ QİYMƏTLƏR

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü münasibətilə tədavülə buraxılan xatirə pul nişanlarının Mərkəzi Bankda təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş nitqi ilə açan Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun apardığı 44 günlük Vətən Müharibəsi zəfərlə başa çatdı. Azərbaycanın tarixi torpaqları olan Qarabağın erməni işğalından azad edilməsi uğrunda 2020-ci ildə aparılmış Vətən Müharibəsindəki qələbəmiz milli tariximizin ən parlaq səhifəsi kimi yaddaşlara yazıldı. Azərbaycan xalqının sarsılmaz iradəsi, milli ordumuzun böyük şücaəti və dəmir yumruq otuz ilə yaxın təcavüzkar erməni faşistləri tərəfindən işğal və talan edilən vətən torpaqlarının düşmən tapdağından azad edilməsini təmin etdi. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu qələbənin əldə olunmasının əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi nəhəng dövlət və ordu quruculuğu, müdrik xarici və daxili siyasət, böyük xalqımızın yorulmaz əməyi və Azərbaycan əsgərinin qəhrəmanlığı dayanır.

Ölkədə uğurla həyata keçirilən siyasi kurs, dövlətimizin beynəlxalq mövqeyinin və nüfuzunun yüksəlməsi, onun iqtisadi və maliyyə potensialının güclənməsi və ən başlıcası isə Prezident – Xalq birliyi bu qələbənin əldə edilməsində həlledici rol oynadı.

Böyük qürur hissi ilə bildirildi ki, Mərkəzi Bankın 12 əməkdaşı da Vətən Müharibəsində iştirak etmişdir. Onlar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə medallarla, həmçinin yüksək nəticələr əldə etdiklərinə görə fəxri fərmanlarla təltif olunmuşlar.

Sonra E.Rüstəmov bildirdi ki, çağdaş tariximizin ən şanlı səhifələrindən biri kimi yaddaşlardan silinməyəcək bu Zəfər tarixini əbədiləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı 500 manat nominallı “ZƏFƏR” xatirə banknotunun, qızıl və gümüşdən hazırlanmış “Zəfər” xatirə monetasının, eləcə də düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “Şuşa” şəhərinə, “Cəbrayıl”“Qubadlı”“Ağdam”“Zəngilan”“Füzuli”“Laçın”, “Kəlbəcər”, “Xocavənd” rayonlarına və “Suqovuşan” qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələrinin tədavülə buraxılmasını elan edir.

Qeyd olundu ki, xatirə banknotu üzərində əsas dizayn elementləri kimi Azərbaycan Respublikası Prezidentinin “Qarabağ Azərbaycandır!” ifadəsi, ölkəmizin tarixi-mədəni irs nümunəsi olan Molla Pənah Vaqifin məqbərəsi, qədim memarlıq nümunəsi olan Xudafərin körpüsünün, Əsgəran qalasının təsvirləri, eləcə də “8 Noyabr Zəfər Günü” sözləri, qələbəmizin simvoluna çevrilmiş Xarıbülbül, şəhid və qazi qanının təcəssümü olan qırmızı lalələr, yenilməz Azərbaycan əsgərləri, üçrəngli bayrağımızın təsvirləri əks olunmuşdur.

Mərkəzi Bank mövcud konsepsiya çərçivəsində “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasının da yenilənməsini həyata keçirmiş və növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur. “Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri – Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilmişdir.

fa6f19a9af9337228ba109930 0a3bf12d092e5b3464ba822b2 1388ad07093be2f6c0c8157f9 fe62e86e3a9ac7a44bdb9fb75 c23b05b054ee75ced5b0ebbce 79bb710ef216fd3c0dec8177a 49afc16a0d8a7e495ff029d16 b5e4bbbe2d778f90d6d1d50ae 3d3ffd44c3edfdd77cc1dc48f 90d07ee3057fdcf4b94bc7b45 bd7d4dc619f8ca3785732039f

Son xəbərlər
Oxşar xəbərlər
X