6 C
Baku
Saturday, February 24, 2024

AMB tender elan edib

Azərbaycan Mərkəzi Bankı (AMB) istismarda olan informasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi və informasiya resurslarının təkmilləşdirilməsi məqsədilə açıq tender elan edib. Tender 4 lot üzrə keçirilir.

Məlumata görə, AMB Lot-1 üzrə istifadə edilən baş mühasibat sisteminin proqram platformasının dəstəklənməsi və təkmilləşdirilməsi xidmətinin həyata keçirilməsinin satınalınmasını, Lot-2 üzrə istismarda olan informasiya sistemlərinin proqram platformalarına dəstəklənmə xidmətinin həyata keçirilməsinin satınalınmasını, Lot-3 üzrə istismarda olan informasiya sistemlərinin proqram platformalarının təkmilləşdirilməsi xidmətinin həyata keçirilməsinin satınalınmasını və Lot-4 üzrə isə istismarda olan informasiya sistemlərinin texniki platformalarına dəstəklənmə xidmətinin həyata keçirilməsinin satınalınmasını elan edib.

Tender proseduru oktyabrın 6-sı saat 15:00-da AMB-nin inzibati binasında keçiriləcək.

Tenderdə iştirak etmək üçün iddiaçı digər sənədlərlə yanaşı tender təklifinin qiymətinin 1%-i məbləğində bank təminatı təqdim etməlidir. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını oktyabrın 5-i saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci sentyabrın 27-si saat 18:00-a qədər təqdim etməlidir.

İddiaçılar tenderdə iştirak haqqı kimi AMB-nin hesabına hər bir lot üçün 100 manat məbləğində vəsait köçürməlidir.

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə AMB-nin rəsmi məzənnəsi ilə ABŞ dollarında ödəyə bilərlər.

Report

Son xəbərlər
Digər xəbərlər