3 C
Baku
Tuesday, December 16, 2025

AMB tenderin müddətini uzatdı

Azərbaycan Mərkəzi Bankı (AMB) “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı tenderin müddətini 19 yanvar 2017-ci ilə qədər uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.

“Dövriyyədən çıxan yararsız metal pul nişanları ilə bağlı tenderin müddəti yenidən uzadılıb. Tender komissiyası təkliflərin qəbulunu 19 yanvar 2017-ci ilə qədər uzatmağı qərara alıb. Tender proseduru yanvarın 23-də keçiriləcək”, – deyə bankdan qeyd ediblər.

Tenderdə iştirakın dəyəri 300 manatadək azaldılıb.

AMB-nin planlarına əsasən, sistem podratçı ilə müqavilə imzalanandan sonra 6 ay ərzində tətbiq olunmalıdır.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı iki meyar əsas götürüləcək: qiymət və texniki imkanlar.

Son xəbərlər
Digər xəbərlər