26 C
Baku
Saturday, July 27, 2024

AMB uçot dərəcəsini azaltmağa hazırlaşır

“Faiz dərəcələrində əsas trend inflyasiya gözləntiləri, onun dinamikasıdır. Ötən ilin 4 ayı ilə müqayisədə inflyasiya aşağıdır”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə, may ayının monitorinqi inflyasiyanın azaldığını göstərir: “Belə olan şəkildə bütövlükdə faiz dərəcəsinin azaldılması, bir qədər yumşaldılması məsələsi aktuallaşır. İyunun ortalarında Mərkəzi Bankın Mərkəzi Komitəsinin iclası olacaq və o zaman bu, əsas müzakirə mövzusu olacaq”.

Qeyd edək ki, 14 sentyabr 2016-cı ildən etibarən Azərbaycanda uçot dərəcəsi 15%-dir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər