AMB vətəndaşların qəbulu ilə bağlı açıqlama yayıb

Azərbaycan Baş nazirinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə 16 mart 2020-ci il tarixində verilmiş tapşırıqlar nəzərə alınmaqla Mərkəzi Bankda vətəndaşların fərdi və kollektiv şəkildə qəbulu müvəqqəti olaraq dayandırılıb.

Bu barədə AMB məlumat yayıb.

Bildirilir ki, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankın inzibati binalarında vətəndaşların yerində qəbulunun müvəqqəti təxirə salınması ilə əlaqədar olaraq vətəndaşların onlayn şəkildə qəbulu istiqamətində əlavə işlər görülüb. Belə ki, vətəndaşlar Mərkəzi Bankın rəsmi internet səhifəsində “İstehlakçıların hüquqları” bölməsinə daxil olmaqla öncədən qəbula yazılmadan rəsmi iş günlərində saat 10:00-dan 11:00-dək Skype və ya Whatsapp proqramı vasitəsilə videoqəbulda iştirak edə bilərlər. Videoqəbulla bağlı nəzərdə tutulmuş saatlarda hər hansı səbəbdən əlaqə saxlaya bilməyən vətəndaşlar Mərkəzi Bankın “966” qaynar xəttinə zəng etməklə, onlayn və ya yazılı şəkildə rəsmi müraciət ünvanlamaqla və ya 055 966 19 66 “Whatsapp” nömrəsinə mesaj yazmaqla videoqəbula yazıla bilərlər.

Qeyd olunanlarla yanaşı, ölkəmizdə pandemiyanın geniş miqyas aldığı dövrdən etibarən Mərkəzi Bankın “966” qaynar xətti iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək daxil olan zənglərin cavablandırılmasını təmin etmiş, eyni zamanda vətəndaşların onlayn qəbuluna başlanılıb.

Həmçinin istehlakçıların maliyyə xidmətləri sahəsində qarşılaşdığı suallar və problemlər barəsində məlumat əldə etməsi, həmçinin sorğu və şikayətlərinin bildirməsi üçün əlçatanlığın təmin edilməsi məqsədi ilə respublika ərazisində fəaliyyət göstərən bank, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinə vətəndaşlarla rəsmiləşdirilmiş müqavilələrdə “966” qaynar xəttinin qeyd olunması tələbi qoyulub. Eyni zamanda həmin təşkilatlara inzibati binalarında (filial, nümayəndəliklər) “966” qaynar xətti barəsində vətəndaşların diqqətini cəlb edən yerlərdə məlumat lövhəsinin yerləşdirilməsi tapşırığı da verilib.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.