Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov Asiya İnkişaf Bankının (AİB) ölkə üzrə direktoru xanım Sunniya Durrani-Camal ilə görüşüb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilib ki, görüş çərçivəsində Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi müzakirə edilib.
Qeyd olunub ki, görüşdə Azərbaycanın AİB ilə uğurlu tərəfdaşlığından məmnunluq ifadə olunub və əməkdaşlığın dərinləşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.