10 C
Baku
Wednesday, December 11, 2024

AMB və Maliyyə Nazirliyi milyardlıq xidmətlərin böyük hissəsini “PAŞA Kapital”a həvalə edib

Dövlət qurumları – Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi qiymətli kağızlar bazarı üzrə aderraytinq xidmətində ən çox “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dən istifadə edib.

Banker.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.

Azərbaycan Mərkəzi Bankı 2020-ci il üzrə emissiya etdiyi notlarda anderraytinq xidmətinə “PAŞA Kapital İ.Ş”-nin payı 68%, Maliyyə Nazirliyində isə 67% təşkil edib.

Məlumata görə, 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı 6 milyard 447.34 milyon manatlıq notlar emissiya edib. Bunun, 4 milyard 391.95 milyon manatını “PAŞA Kapital İ.Ş”, 737.88 milyon manatı “AzFinans İ.Ş”, 736.07 milyon manatı “Xalq Kapital İ.Ş”, 624.85 milyon manatı “İnvestAZ İ.Ş”, 487.93 milyon manatı “BTB Kapital İ.Ş”, 288.43 milyon manatı “Unicapital İ.Ş” və 145.42 milyon manatı isə “PSG Kapital İ.Ş”nə həvalə edib.

Maliyyə Nazirliyinin xəzinəyə vəsait cəlbi üçün emissiya etdiyi dövlət istiqrazların dövriyyəsi 2020-ci il üzrə 2 milyard 258.05 milyon manatının ander raytinqini “PAŞA Kapital İ.Ş”, 418.79 milyon manatını “BTB Kapital İ.Ş”, 323.94 milyon manatını “Unicapital İ.Ş”, 311.25 milyon manatını “AzFinans İ.Ş”, 27.3 milyon manatı “PSG Kapital İ.Ş”, 12.59 milyon manatı “Xalq Kapital İ.Ş” və 0.6 milyon manatını isə bazara yenicə qoşulmuş “MFX Trading İ.Ş”-nə apardırıb. Ümumilikdə isə dövriyyənin həcmi 3 milyard 352.52 milyon manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər