Vergi güzəştlərində dəyişiklik nəticəsində həyatın yaşam sığortası üzrə sığorta haqlarının azalması ortamüddətli perspektivdə gözlənilmir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.
Xatırladaq ki, ötən il Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, dövlət sektoruna münasibətdə həyatın yaşam sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlər bu ildən bağlanılan müqavilələr üzrə məhdudlaşdırılıb.