Azərbaycanda yaşayış evlərinin 90 %-i, kommersiya (biznes) obyektlərinin isə 70 %-i icbari qaydada sığorta edilməyib.
Bunu Bakıda keçirilən “Türk Maliyyə Sektoru Liderlər Zirvəsi” tədbirində Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib.
“Odur ki, əhali və biznesin əmlakla bağlı risklərinin çoxu hələ də dövlətin üzərindədir. Daşınmaz əmlakın icbari sığortası sahəsində islahatlara, eləcə də Türkiyə təcrübəsindən yararlanmağa, qardaş ölkənin intellektual dəstəyinə ehtiyac var”, – deyə o qeyd edib.