Azərbaycan Mərkəzi Bankı səhm, daşınmaz əmlak və digər yeni maliyyə alətlərinə investisiya qoyulmasını planlaşdırmır.
Bunu AMB-də keçirilən mətbuat konfransında qurumun Baş direktoru Əli Əhmədov bildirib.
“Biz əksər mərkəzi banklar kimi konservativ investor olaraq sabit gəlirli qiymətli kağızlara investisiya edirik. Aktivlərimiz əsasən investisiya reytinqli pul bazarı alətlərindən ibarətdir”, – deyə o qeyd edib.