24 C
Baku
Thursday, April 18, 2024

“AMB yumşaq monetar siyasətə keçid etməlidir”

Azərbaycan Mərkəzi Bankı bir rəqəmli infilyasiya hədəfləsə də uçot stavkasını 15 faiz olaraq saxlamaqdadır. Müqayisə üçün qeyd edək ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Bütövlükdə MDB-də yalnız Tajikstanda uçot stavkası bizdən 1 faiz çoxdur, digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir.

İqtisadçı ekpert Vüqar Bayramov bildirir ki, depozit faizlərinin kəskin azaldığını, aşağı səviyyəli infilyasiyanın hədəfləndiyini, hətta depozit hərraclarında da faizin aşağı düşdüyünü nəzərə aldıqda Mərkəzi Bankın yüksək stavkaya üstünlük verməsinin səbəblərini izah etmək çətindir.

“Əslind, baş bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir.” – deyə Bayramov bildirir.

Son xəbərlər
Digər xəbərlər