6 C
Baku
Monday, December 16, 2024

“Ambulator şəraitdə dərman təminatı layihəsi Nazirlər Kabinetinə təqdim olunub”

Azərbaycanda ambulator şəraitdə dərman təminatı ilə bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (“Azerbaijan International Insurance Forum” – AIIF-2024) bildirib.

O qeyd edib ki, hazırda Azərbaycanda ambulator şəraitdə dərman təminatı yoxdur: “Bu, böyük bir ehtiyacdır. Bununla bağlı layihə təsdiq olunduqdan sonra qarşıdakı 3 ildə mərhələli şəkildə həyata keçiriləcək”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər