9 C
Baku
Thursday, December 12, 2024

“AmCham”ın rəhbərliyində dəyişiklik olub

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) İcraçı direktoru Natəvan Məmmədova işindən ayrılıb.

Bunu açıqlamasında N. Məmmədova təsdiq edib.

Məlumata görə, N.Məmmədova “McKinsey&Company” şirkətinin Bakı Ofisində müşavir təyin edilib.

Qeyd edək ki, Corc Vaşinqton Universitetinin məzunu olan N.Məmmədova 2013- 2015 –ci illərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Baş katib, 2015-ci ildən indiyə qədər isə “AmCham”ın İcraçı direktoru olaraq fəaliyyət göstərib.

Xatırladaq ki, “AmCham”da İcraçı direktor vəzifəsinə hələlik təyinat yoxdur.

“McKinsey” dünyada tanınmış ən böyük konsaltinq şirkətlərindən biridir və mən bir peşəkar kimi hesab edirəm ki, əvvəlki təcrübəmə baxsaq, hansı ki, dövlət sektorunu, QHT-ləri, maliyyə təşkilatlarını, donor təşkilatlarını əhatə edir, bu şirkətə qoşulmaq mənim özümün professional inkişafım üçün çox əhəmiyyətlidir. Hesab edirəm ki, bununla mənim təcrübəm zənginləşəcək. Bir iqtisadçı və inkişaf peşəkarı kimi mənim üçün bu cür imkan olduğunu düşünürəm”, – deyə Natəvan Məmmədova əlavə edib.

©Report

Son xəbərlər
Digər xəbərlər