9 C
Baku
Monday, November 18, 2024

AMD-nin bazar dəyəri 300 mlrd. dolları keçib

Çip istehsalçısı “Advanced Micro Devices” (AMD) səhmləri cümə axşamı günü 9.1% artıb, bununla da şirkətin dəyəri ilk dəfə olaraq 300 milyard dolları ötüb keçib, “Bloomberg” yazır.

Şirkət süni intellekt bumunun əsas benefisiarlarından biri hesab olunur və yanvar ayında yeni süni intellekt prosessorları ilə bağlı nikbinlik sayəsində AMD səhmləri zəif proqnozlardan “sağalaraq” yüksəlməyə başlayıb.

Süni intellekt bazarı böyüməyə davam etdikcə, “Nvidia Corp” (NASDAQ:NVDA) və “Broadcom” ilə birlikdə AMD də çip istehsalçıları arasında əsas benefisiarlarıdır.

AMD səhmləri təxminən 50 dəfə yüksək təxmin edilən qazancla ticarət edir ki, bu da onları sənaye lideri “Nvidia”nın səhmlərindən qat-qat baha edir.

Son xəbərlər
Digər xəbərlər