23 C
Baku
Tuesday, October 7, 2025

AMD səhmləri OpenAI ilə çox milyardlıq müqavilə xəbəri fonunda 26% artıb

AMD-nin səhmləri bazar ertəsi ticarət sessiyasında 26% bahalaşıb. Buna səbəb şirkətin OpenAI üçün süni intellekt çiplərinin tədarükünə dair çoxillik saziş elan etməsi olub.

Bu müqavilənin “Advanced Micro Devices” şirkətinə illik on milyardlarla dollar gəlir gətirəcəyi gözlənilir, eyni zamanda bu, OpenAI-yə AMD-nin təxminən 10%-dək səhm payını almaq imkanı (opsion) verəcək.

Müqaviləyə əsasən, AMD 2026-cı ilin ikinci yarısından başlayaraq bir neçə il ərzində ümumi gücü altı qiqavata bərabər yüz minlərlə qrafik prosessor (GPU) tədarük edəcək. OpenAI gələn ildən AMD-nin yeni MI450 seriyalı çiplərindən istifadə etməklə bir qiqavat gücündə mərkəz qurmağı planlaşdırır.

“Biz bu müqaviləni təkcə AMD üçün deyil, ümumilikdə sənaye dinamikası üçün də həqiqətən transformativ bir addım kimi görürük,” — deyə AMD-nin icraçı vitse-prezidenti Forrest Norrad bildirib.

OpenAI-nin baş direktoru Sam Altman isə qeyd edib ki, tərəfdaşlıq şirkətə öz tələblərinə cavab verəcək kifayət qədər süni intellekt infrastrukturu yaratmağa kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər