AMD telekommunikasiya sistemlərinin mikroçip istehsalçısı “Xilinx” şirkətini 35 milyard dollara alacaq.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Verilən məlumata görə, bununla AMD 5G və avtomobil elektronikası kimi bazarlarda biznesini daha da genişləndirmək istəyir.
Qeyd edək ki, AMD 35 milyardı səhm şəklində ödəyəcək – “Xilinx” səhmdarları 1,7234 səhm alacaqlar. Müqavilə bağlandıqdan sonra AMD-nin indiki səhmdarları birləşmiş şirkətdə 74%-lik paya sahib olacaqlar.
“Xilinx şirkətini almağımız sayəsində yüksək məhsuldarlıq nümayiş etdirən hesablamalar sahəsində lider, dünyanın ən böyük və ən vacib texnologiya şirkətləri üçün isə tərəfdar olmaq yolunda daha bir addım atmış oluruq”, – AMD-nin prezidenti və baş direktoru söyləyib.
Bildirildiyi kimi, AMD satılan malların sinergiyası, habelə ümumi zonaların optimallaşdırılması sayəsində 18 ay ərzində 300 milyon dollarlıq əməliyyat səmərəliliyi əldə etməyi planlaşdırır.
Müqavilə AMD və “Xilinx”in direktorlar şuraları tərəfindən yekdilliklə təsdiq edilib. Razılaşmanın tamamlanması üçün hər iki tərəfin səhmdarlarının razılığı tələb olunur. Proqnozlara görə, müqavilə 2021-ci ilin sonuna qədər bağlanacaq.
Birləşmiş şirkətə AMD-nin direktoru Liza Su rəhbərlik edəcək. “Xilinx” şirkətinin baş direktoru Viktor Pen strateji inkişaf təşəbbüsləri üzrə rəhbər vəzifəsini icra edəcək. Bundan əlavə, AMD-nin direktorlar şurasına “Xilinx”in daha iki direktoru daxil olacaq.